DÜNYA ÖZ XƏBƏR

Əsgər yoldaşlarını öldürən şəxs ordu sıralarına daxil olmaq istəyir - Rusiyada

Rusiyada əsgər yoldaşlarını qətlə yetirən  Ramil Şamsutdinov SVO-ya getmək istəyib

Rusiya ordusunun keçmiş əsgəri Ramil Şamsutdinov, əsgər yoldaşlarını qətlə yetirdiyinə görə məhkum olmasına baxmayaraq, beş dəfə Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq xüsusi hərbi əməliyyata (SVO) qatılmağa çalışıb.

32gun.az bildirir ki, bu barədə onun atası Salim Şəmsəddinov Ura.ru portalına müsahibəsində bildirib.

Atasının sözlərinə görə, Ramil Şəmsəddinovun bütün müraciətləri rədd edilib.

Xatırladaq ki, o, 2019-cu ildə hərbi hissədə əsgər yoldaşlarını qətlə yetirməkdə təqsirli bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib..

Ramil Şamsutdinov Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissələrdən birində ikisi zabit olmaqla 8 xidmət yoldaşını güllələyərək öldürüb. Şamsutdinovun hərbi hissədə alçaldıldığı üçün bu əməli törədib. 

Ayxan 

Oxşar Xəbərlər