DÜNYA ÖZ XƏBƏR

QORXUNC HADİSƏ: Fabrikdə nəhəng metal lyuk işçini əzib / VİDEO

Tatarıstanda işçi təzyiq altında qoparılan nəhəng metal lyukun altında qalıb . Bu barədə vilayət prokurorluğu məlumat yayıb .

 

İdarədən verilən məlumata görə, hadisə yanvarın 14-də Zelenodolsk rayonunun Novonikolaevski kəndində yerləşən istehsalat müəssisəsində baş verib. Lak qabının nəhəng metal qapağı təzyiq altında qopub və lyuk uçaraq 35 yaşlı işçini əzib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu zaman kişi mühərriki təmir edib. 

Nəticədə zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib. Kişinin vəziyyəti ilə bağlı məlumat verilməyib.

Prokurorluğun nümayəndəsi hadisə yerinə gedib. Səlahiyyətli orqanlar tərəfindən müəssisədə əməyin mühafizəsi qanunvericiliyinə əməl olunmasının yoxlanılması təşkil edilib.

Nilay 

Oxşar Xəbərlər