Krasnoyarsk diyarı üzrə Dövlət Yol Müfəttişliyinin keçmiş rəisi Andrey Sirotinin dostuna kömək etdikdən sonra iki ay həbsdə saxlanılıb.
32gun.az bildirir ki, bu barədə Krasnoyarsk diyarı məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Onlar xatırladıblar ki, Sirotinin öz tabeliyində olan şəxslərə mənzilində təmir işləri aparan dostu üçün sürücülük vəsiqəsi imtahanının nəzəri hissəsini keçməyə kömək etməyi əmr edib. Keçmiş rəis dostunun şüşələri qaralmış maşın sürməsi faktını da “ört-basdır edib”. Nəticədə cinayət işi başlanıb.
Sirotinin 2022-ci ilin avqustundan 2024-cü ilin noyabrına qədər Krasnoyarsk vilayətində yol polisinin rəisi olub.
Nilay