DÜNYA ÖZ XƏBƏR

Cinayəti ört-basdır etmək üçün 5 milyon rüşvət təklif etdi

Kalininqrad şəhərində 39 yaşlı kişi narkotik ticarəti ilə məşğul olan tanışının cinayət işini bağlamaq üçün Rusiya FSB əməkdaşına rüşvət təklif edib.

32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Kalininqrad vilayəti üzrə idarəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin dekabr ayının sonunda həmin şəxs güc strukturu nümayəndəsinə 5 milyon rubl pul verib. Hadisədən əvvəl o, Rusiya FSB-nin əməkdaşı ilə görüş təyin edərək, tanışına qarşı narkotik qaçaqmalçılığı və böyük miqyasda satış ittihamı ilə açılmış cinayət işinin dayandırılması müqabilində rüşvət təklif edib.

“İstintaqın məlumatına əsasən, rüşvətin ümumi məbləği 10 milyon rubl təşkil etməli idi”, – deyə açıqlamada bildirilir.

FSB əməkdaşı əməliyyat-axtarış tədbirləri çərçivəsində qanunsuz pul təklifindən imtina edib. Təqsirləndirilən şəxs saxlanılıb və dindirilib. O, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə və rüşvət məbləğinin 70 mislinə qədər cərimə ilə üzləşə bilər.

Ayxan 

Oxşar Xəbərlər