DÜNYA ÖZ XƏBƏR

Damdan düşən qar qadının ölümünə səbəb olub: Cinayət işi açılıb

Petrozavodskda 55 yaşlı qadının damdan düşən qarın altında qalaraq ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi açılıb.

32gun.az bildirir ki, Rusiya İstintaq Komitəsinin Karéliya şöbəsinin məlumat verib.

Məlumata görə, hadisə 14 yanvar axşamı baş verib. Qadın Sovetskaya küçəsindəki binadan çıxarkən damdan ona qar düşüb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İstintaq hadisənin baş vermə şəraitini araşdırır, həmçinin şahidləri və müəssisə işçilərini dindirir. Qadının ölümünün dəqiq səbəbi məhkəmə-tibb ekspertizası zamanı müəyyən ediləcək.

Nilay 

Oxşar Xəbərlər