Uelsin şahzadəsi Ketrin (Keyt Midlton) onkologiya müalicəsindən sonra sağaldığını və remissiyaya girdiyini açıqlayıb.
32gun.az bildirir ki, açıqlama Ketrinin və həyat yoldaşı, şahzadə Uilyamın birgə sosial media hesabında yayımlanıb. Şahzadə açıqlamasında Royal Marsden xəstəxanası və yaxınlarına göstərdikləri yardım və qayğı üçün təşəkkür edib və bu onkoloji mərkəzi himayəyə götürməyə qərar verdiyini bildirib. O, bu addımı ataraq mərkəzin gələcəkdə də xəstələrin həyatı və sağlamlığı üçün mübarizə aparmasına dəstək vermək istəyir.
"Remissiyanın başlaması mənim üçün böyük bir rahatlıq oldu, hələ də sağalmağım üzərində fokuslanmışam. Onkologiyanı keçirmiş hər kəs bilir ki, yeni bir həyata uyğunlaşmaq üçün vaxt lazımdır", – deyə şahzadə qeyd edib.
Midlton, kimyəvi terapiya kursundan sonra ilk dəfə 10 noyabrda ictimaiyyətdə görünüb. O, həmin mərasimdə, həmçinin, xərçəng xəstəliyi diaqnozu qoyulan Kral III Çarlzla birlikdə iştirak edib.
Ayxan