Meta şirkəti işçi sayının 5% azaldılacağını təsdiqləyib. Bu, təxminən 3600 nəfərin işdən çıxarılması deməkdir.
32gun.az bildirir ki, bu barədə CBS News məlumat yayıb.
Meta-nın baş direktoru Mark Zukerberqin işçilərə göndərdiyi xidməti qeyddə qeyd edilir ki, qərar 2024-cü ilin çətin keçəcəyini gözləməsi və süni intellekt texnologiyaları ilə ağıllı eynəklərin inkişafına fokuslanması ilə bağlıdır. Zukerberq bildirib ki, əsasən az məhsuldar işçilər ixtisara düşəcək. 30 sentyabr tarixinə Meta-nın işçi heyəti təxminən 72,400 nəfər təşkil edib.
Bundan əlavə, Meta faktların yoxlanılması proqramını dayandıraraq, istifadəçilərin qarşılıqlı təsirinə əsaslanan yeni bir sistemlə əvəz edir. Şirkət həmçinin DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) sahəsində bir sıra proqramları bağlayır. Zukerberq bu qərarı ABŞ-da yaxınlaşan prezident seçkiləri ilə izah edib və onları "mədəniyyətin dönüş nöqtəsi" adlandırıb.
İşdən azad olunan işçilərə səxavətli təzminat ödəniləcək.
Meta Platforms, Inc. ABŞ-ın Menlo-Park şəhərində yerləşən transmilli holdinq şirkətidir. Facebook, Instagram, WhatsApp və Reality Labs kimi platformaların ana şirkəti olan Meta, dünyada ən bahalı şirkətlərdən biri kimi tanınır.
Ayxan