DÜNYA ÖZ XƏBƏR

48 yaşlı ata doğma qızına illərlə təcavüz edib

Udmurtiyada 48 yaşlı kişi öz doğma qızına qarşı cinsi zorakılıq etməkdə ittiham olunur.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun birgə məhkəmə mətbuat xidməti məlumat yayıb.

İstintaqın versiyasına görə, İjevsk sakini 2013-2016-cı illər arasında dəfələrlə qızına qarşı cinsi xarakterli zorakılıq hərəkətləri törədib. Zərərçəkənin dəqiq yaşı açıqlanmasa da, onun yetkinlik yaşına çatmadığı bildirilib.

Faktla bağlı cinayət işi açılıb. İstintaqçının müraciəti ilə məhkəmə şübhəli şəxsin həbs olunmasına qərar verib. Qeyd olunur ki, təqsirləndirilən şəxs bu qərarla razılaşıb.

Məhkəmənin qərarına əsasən, kişi iki aylıq həbs qətimkan tədbiri ilə saxlanılıb. İttiham təsdiq olunacağı təqdirdə, o, 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Ayxan 

Oxşar Xəbərlər