Polşanın müxalif “Hüquq və Ədalət” partiyasının prezidentliyə namizədi və Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski Ukraynanın gələcəkdə NATO və Avropa İttifaqına üzvlüyünü mümkün hesab etmədiyini bildirib.
32gun.az bildirir ki, bu barədə o, Varşavada keçirilən mətbuat konfransında bəyan edib.
“Polşanın maraqlarını müdafiə edərək, tam əminliklə bildirərdim ki, problemlərimiz həll olunmadan Ukraynanın Avropa İttifaqı və NATO-da gələcəyini görmürəm,” – deyə Navrotski vurğulayıb.
O, bu mövqeyini Volın qırğını zamanı baş verən cinayətlərin baş verdiyi ərazilərdəki polşalıların dəfn yerlərinin ekshumasiyası məsələsi ilə əsaslandırıb.
Navrotskinin açıqlaması, Vladimir Zelenskinin Varşavaya etdiyi səfərin fonunda verilib və Polşa-Ukrayna münasibətlərində mövcud gərginlikləri bir daha gündəmə gətirib.
Ayxan