Danimarka baş nazirindən Qrenlandiyanın müstəqilliyi ilə bağlı açıqlama
Danimarka baş naziri Mette Frederiksen, ABŞ-ın seçilmiş prezidenti Donald Trump ilə telefon danışığı zamanı Qrenlandiyanın Danimarkadan müstəqillik məsələsini özünün həll etməli olduğunu bildirib.
32gun.az bildirir ki, bu barədə Danimarka hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefonla 45 dəqiqəlik danışıq zamanı Frederiksen, Qrenlandiyanın müstəqilliyi məsələsindən əlavə, Arktikada təhlükəsizlik, Ukrayna münaqişəsi, Yaxın Şərqdəki qeyri-sabitlik və ÇXR ilə münasibətləri də müzakirə edib.
Hökumət ofisinin məlumatına görə, Frederiksen Trump ilə görüşündə Qrenlandiyanın müstəqilliyinə dair qərarı özü verməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Trumpın Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq planını açıqladıqdan sonra, adanın hökuməti müstəqil xarici siyasət aparmaq istəyini ifadə etmişdi, bununla da Kopenhagen və Vaşinqtonun nəzarəti olmadan.
Ayxan