Çelyabinskdə 15 yaşlı yeniyetməyə qarşı 16 yaşlı gənci öldürməyə cəhd ittihamı ilə cinayət işi açılıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Çelyabinsk Vilayətinin İstintaq Komitəsindən məlumat verilib.
Verilən məlumata görə, şübhəli şəxs Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü bəndi və 105-ci maddəsinin 1-ci bəndi üzrə ittiham olunur.
İstintaqın məlumatına əsasən, hadisə Söncə küçəsindəki uşaq evində baş verib. Məlum olub ki, mübahisə zamanı şübhəli şəxs 16 yaşlı gənci bıçaqlayıb. Lakin tibbi yardım göstərildiyi üçün gəncin həyatını xilas etmək mümkün olub.
İstintaq orqanları hadisə yerini araşdırıb və bir sıra ekspertizalar təyin edib. Hazırda şübhəli şəxsə qarşı ittiham irəli sürülür və onun barəsində həbs qərarı veriləcək.
Nilay