Polşada bir kişi eyni köşkdən pornoqrafik jurnallar oğurladığı üçün saxlanılıb.
32gun.az bildirir ki, bu barədə Zielona Gora polisi məlumat yayıb.
İlk insident dekabrın 13-də Babimostada baş verib. Satış məntəqəsinin sahibi polisə bildirib ki, naməlum şəxs köşkün pəncərəsini sındırıb, sonra dəlikdən erotik jurnalları çıxarıb. O zaman onu tutmaq mümkün olmayıb, lakin yanvarın 6-da o, növbəti oğurluq edib və Sulexovda saxlanılıb.
Oğrunun artıq polisdə qeydiyyatda olan 32 yaşlı yerli sakin olduğu üzə çıxıb və o, almağa utandığı jurnallar üçün 3 dəfə köşkə girdiyini etiraf edib. Belə ki, o, 3 min zloti (74 min rubl) dəyərində çap məhsulları oğurlayıb. O, oğurluqda ittiham olunurdu və indi erotikaya aludəçiliyinə görə oğrunu 10 ilə qədər həbs gözləyir.
Nilay