DÜNYA ÖZ XƏBƏR

Rusiyada Polis idarəsinin rəisi saxlanılıb

Sankt-Peterburqda Daxili Təhlükəsizlik Xidməti Krasnoselski rayon şöbəsinin rəisini rüşvət almaqda şübhəli bilinərək saxlayıb. 

32gun.az bildirir ki, bu barədə Fontanka yazıb. 

Nəşrin mənbəsinin sözlərinə görə, saxlanılan şəxs ticarət sahəsindəki qanun pozuntularına göz yumduğu üçün bir iş adamından 195 min rubl alıb. Şübhəli şəxs barəsində rüşvət alma maddəsi ilə cinayət işi açılıb. İndiyədək o, iki sutkalıq həbs edilib.

Qərargahdan bildirilib ki, rüşvət faktı təsdiqlənərsə, rəis daxili işlər orqanlarından tutduğu vəzifədən azad edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada cəzalandırılacaq, rəhbərləri isə intizam məsuliyyətinə cəlb olunacaqlar.

Ayxan 

Oxşar Xəbərlər