DÜNYA ÖZ XƏBƏR

Ana uşalarını bir neçə gün avtomobil oturacağında bağlayıb tərk etdi - Bütün ailə həbs edildi

ABŞ-da ana 2 azyaşlı uşağını bir neçə gün avtomobil oturacağında tərk etdiyinə görə həbs olunub.

32gun.az bildirir ki, bu barədə Fox News məlumat yayıb.

Məlumata görə, 21 yaşlı Meqan Edjin yanvar ayının əvvəlində həbs olunub. Məhkəmə sənədlərinə əsasən, o, azyaşlı uşaqlarını avtomobil oturacaqlarında bağlanmış halda bir neçə gün tərk edib. Uşaqlar ağır vəziyyətdə, ciddi şəkildə qida çatışmazlığı ilə tapılıblar.

Bundan əlavə, qadının evində bir pişik və iki ağır vəziyyətdə olan it də aşkarlanıb. Meqan Edjinə 12 yaşdan kiçik uşaqlara qarşı birinci dərəcəli cinayət, heyvanlara qarşı ikinci dərəcəli qəddar rəftar və itlərin quduzluq əleyhinə peyvənd qaydalarını pozma ittihamları irəli sürülüb.

Qadınla birlikdə uşaqların nənə, baba və atası da eyni ittihamlarla həbs edilib. Onlar hazırda dairə həbsxanasında saxlanılır, zərərçəkmiş uşaqlar isə müvafiq qayğı qurumlarına təhvil verilib.

Ayxan 

Oxşar Xəbərlər