Volqoqraddan olan biznesmen 7 milyondan çox rubl itirdi: saxta brokerlərin toruna düşdü
Volqoqraddan olan 38 yaşlı biznesmen fond birjasında investisiya etməyə çalışarkən dələduzların qurbanı olub.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, cəmi bir yarım ay ərzində şəxsi yığımlarını – 7,4 milyon rubldan çox pulu saxta brokerlərə köçürüb. Bu barədə Volqoqrad regionunun DİN idarəsi məlumat yayıb.
Zərərçəkmişin sözlərinə görə, noyabrın ortalarında onunla naməlum şəxs əlaqə saxlayıb və fond birjasında ikiqat qazanc təklif edib. Aldadıcı vədlərlə həmin şəxs biznesmeni müxtəlif bəhanələrlə "ixtisaslaşmış" hesaba pul köçürməyə inandırıb.
Bir yarım ay ərzində biznesmen öz şəxsi vəsaitlərini köçürərək böyük məbləğdə pul itirib. Daha sonra öz vəsaitlərini və qazancını geri çəkməyə çalışarkən, aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Ayxan