Rusiyalı televiziya aparıcısı Dana Borisova, qızı Polinanın psixi sağlamlığı ilə bağlı illərlə narahatlıq keçirdiyini açıqlayıb.
32gun.az bildirir ki bu barədə "İctimai Xəbərlər Xidməti" (www.osnmedia.ru) məlumat yayıb.
Borisovanın sözlərinə görə, Polinanın vəziyyəti 2020-ci il pandemiyası dövründə daha da pisləşib. Ana ilə qız arasında məktəb təhsili ilə bağlı tez-tez münaqişələr baş verib. Borisova bildirib ki, qızı onu təhrik edir və manipulyasiya etməyə çalışırdı. Polinanın ciddi psixi problemləri olduğunu vurğulayan aparıcı, bu səbəbdən özünün də psixoloji çətinliklər yaşadığını etiraf edib.
“‘Selfharm adlanan bir anlayış var, insan özünə qəsdən zərər vurur. Polinam da bu problemdən əziyyət çəkirdi. Yalnız psixoloqların köməyi ilə bu bəladan qurtula bildik,” – deyə Borisova bildirib.
Hazırda aparıcı ilə qızı arasındakı münasibətlər düzəlib. Polina Cənubi Koreyada təhsil alır və yalnız bayramlarda Rusiyaya qayıdır. Borisovanın sözlərinə görə, qızı xaricdə sevgili tapıb və o, indi “nənə olmaqdan” qorxur, əgər Polina planlaşdırılmamış hamiləlik yaşasa...
Nilay