Moskvada yaşayış binasının girişində onun yanında sərxoş anası yatmış körpə tapılıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.
Hadisə 13-cü Park küçəsində baş verib.
Uşağın 2024-cü il, ananın 1997-ci il təvəllüdlü olduğu bildirilir.
Uşaq xəstəxanaya aparılıb.
“İzmailovo rayonlararası prokurorluğu qadının qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsinə, habelə yetkinlik yaşına çatmayanın sonrakı həyatına, hüquq və qanuni mənafelərinə əməl olunmasına, bütün halların müəyyən edilməsinə nəzarət edir”, - prokurorluğun açıqlamasında bildirilir.
Nilay