ABŞ-ın seçilmiş prezidenti Donald Trump hesab edir ki, sanksiyaların sui-istifadəsi digər ölkələrin ABŞ dollarından imtina etməsinə səbəb ola bilər.
32gun.az bildirir ki, bunu ABŞ-ın Maliyyə Nazirliyi vəzifəsinə namizəd olan investor Skott Bessent deyib.
Bessent, ABŞ Senatının Maliyyə Komitəsində keçirilən dinləmələrdə çıxış edərək, Trump-ın ticarət danışıqlarında tariflərin bir alət kimi istifadəsinin vacibliyini vurğulayıb və sanksiyaların çox tətbiq edilməsinin yaratdığı problemləri qeyd edib.
"Prezident Trump hesab edir ki, biz ehtimal ki, sanksiyalardan çox istifadə etmişik və bu, ölkələri ABŞ dollarından imtina etməyə təhrik edə bilər", - deyə Bessent bildirib.
O, həmçinin, ABŞ-ın milli maraqlarını həyata keçirmək üçün daha çevik və strateji vasitələr axtarmağın vacibliyini vurğulayıb. Lakin namizəd dolların dünya ehtiyat valyutası olaraq qalmalı olduğunu qeyd edib və təchizat zəncirlərini qorumaq, habelə milli təhlükəsizliyi təmin edən kompleks yanaşma çərçivəsində sanksiyalar tətbiq etməyin vacibliyini bildirib.
2024-cü ilin noyabrında Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın dolları beynəlxalq ödənişlərdə məhdudlaşdırmaqla öz gücünü zədələdiyini söyləyib. Putin, ABŞ-ın dollarını "toxunulmaz bir müqəddəs inək" kimi idarə etməsi lazım olduğunu qeyd edib.
Ayxan