DÜNYA ÖZ XƏBƏR

İzləyicilərindən pul qazanmaq üçün körpəsinə işgəncə verən ana həbs edilib

Avstraliyada sosial media fenomeni ana, qızına işgəncə verməkdə suçlanır

Avstraliyanın Queensland əyalətində tanınmış sosial media fenomeni olan 34 yaşlı ana, izləyici qazanmaq və bağış toplamaq üçün bir yaşlı qızına işgəncə verməkdə suçlanır.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o,  qızına izinsiz dərmanlar verərək, sosial mediada onun "ölümcül xəstəliklə mübarizəsini" paylaşmışdır. İddialara görə, qadın qeyri-qanuni dərmanları əldə etmək üçün böyük zəhmət çəkib və evdəki başqa birinin dərmanlarını istifadə edərək hərəkətlərini gizlətməyə çalışıb.

Hadisə, 15 oktyabrda uşağın xəstəxanaya gətirilməsi ilə ortaya çıxıb. Polis, qadının uşaq əzab çəkərkən bu anları videoya alıb paylaşdığını bildirir. Araşdırmalar nəticəsində qadın, zəhərləmə, işgəncə və fırıldaqçılıq ittihamları ilə həbs olunub. O, GoFundMe üzərindən 60.000 Avstraliya dolları topladığı üçün sayt bu məbləği geri ödəməyə çalışır. Qadın, cümə günü məhkəməyə çıxacaq.

Nilay 

 

Oxşar Xəbərlər