Keçmiş general-mayor Konstantin Ogiyenko SVO-ya qatılmaq qərarına gəlib
Rusiya Birinci Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Ordusunun keçmiş komandanı, səkkiz il həbs cəzasına məhkum edilən və general-mayor rütbəsindən məhrum edilən Konstantin Ogiyenko, istənilən vəzifədə SVO-ya (Xüsusi Hərbi Əməliyyat) qatılmaq qərarına gəlib.
32gun.az bildirir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
"İndi o, istənilən vəzifədə mübarizə aparmağa hazırdır. Əgər əsgər deyərlərsə, əsgər olacaq," — deyə hərbçinin vəkili İqor Vagin jurnalistlərə bildirib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Ogiyenko rüşvət almaq ittihamı ilə həbs edilmişdi. İstintaqın versiyasına görə, Hava Hücumundan Müdafiə Qoşunlarının 4-cü diviziyasının komandanı, general-mayor Dmitri Belyatski, Ogiyenkonun göstərişi ilə mülki təşkilata müdafiə təyinatlı torpaq sahələrinin ayrılması üçün 500 min rubl məbləğində rüşvət almışdı. Generallar ümumilikdə 30 milyon rubl əldə etməyi planlaşdırırdılar.
2024-cü ilin fevralında Belyatski vasitəçilik etdiyi üçün 2,6 milyon rubl cərimə cəzasına məhkum edilib. O, rütbəsini, mükafatlarını və Rusiya Silahlı Qüvvələrində xidmətə qayıtmaq imkanını saxlayıb.
Ayxan