DÜNYA ÖZ XƏBƏR

Zooparkda OLAY: Kərgədan Zebranın qarnını deşdi

Böyük Britaniyanın Kolçester Zooparkında bir kərgədan, özü ilə eyni qorunan sahədə yaşayan zebraya təsadüfən ölümcül zərbə vurub. O, zebraya öz buynuzu ilə zərbə vuraraq, onun qarın boşluğunu deşib.

32gun.az The Guardian-a istinadən məlumat verir. 

Hadisə, cənubi ağ kərgədanın dişisi Astrid və onun balası Tayo oyun oynayarkən baş verib. Zebraya "Ziggi" adını veriblər və o, bu oyun zamanı kərgədanın yolunu kəsib. Kərgədanın dişisi bunu bəyənməyib və zebraya təsadüfən zərbə vuraraq onu yaralayıb. Zebra bir neçə dəqiqə sonra ölüb. Zoopark nümayəndələrinin sözlərinə görə, belə hallar nadir hallarda baş verir.

Nilay 

Oxşar Xəbərlər