DÜNYA ÖZ XƏBƏR

Nəsli kəsilməkdə olan 500-dən çox dəniz tısbağası ölü tapılıb

Hindistanın cənubundakı Çennai sahillərində nəsli kəsilməkdə olan 500-dən çox dəniz tısbağası ölü tapılıb. 

32gun.az bildirir ki, bu barədə yanvarın 17-də Times of India qəzeti məlumat yayıb. 

Heyvanların gözlərinin qabarıq, boyunlarının şişdiyi qeyd edilir. Əvvəllər heyvanların əksəriyyəti suda boğularaq ölürdü.

Dəniz tısbağasının mühafizəçisi Supraja Dharini hadisəni nəzarətsiz kommersiya balıq ovu və kalamar torlarının istifadəsi ilə əlaqələndirdi. Heyvanların hər 40-45 dəqiqədən bir səthə çıxması lazım olsa da, tısbağalar tez-tez bu torlara tutulur və suyun altına çəkilir.

Həmçinin qeyd edilir ki, bəzi tısbağalar çox güman ki, sahil zolağından uzaqda boğulub və bir neçə gün sonra sahilə çıxıblar.

Avqustun 11-də “Bild” qəzeti İtaliyanın mərkəzindəki Toskana sahillərindəki Viareggio şəhəri yaxınlığında çəkisi 300 kq olan ölü nəhəng dəri tısbağasının tapıldığını bildirmişdi. Heyvanın sualtı avadanlıqlara qarışdığı dəqiqləşdirilib.

Ayxan 

Oxşar Xəbərlər