DÜNYA ÖZ XƏBƏR

Məhkəmə blogerin əmlakına həbs qoyub

Moskva məhkəməsi bloqer Valeriya Çekalinanın (Lerçek) əmlakına həbs qoyub

32gun.az xəbər verir ki, Moskva şəhərinin Troitski rayon məhkəməsi, 250 milyon rublu Rusiyanın xaricinə qanunsuz şəkildə çıxarmaqda ittiham olunan bloqer Valeriya Çekalinanın (Lerçek) əmlakına həbs qoyub. Məhkəmənin məlumatına görə, bu məbləğdə olan pul vəsaitləri istintaqın və məhkəmə iclasının yekununa qədər dondurulacaq.

Lerçek və onun keçmiş əri Artem 4 oktyabr 2023-cü il tarixində ev dustaqlığına alınıb. Bloqerlər 250 milyon rubl məbləğində saxta sənədlərlə qanunsuz valyuta əməliyyatlarında ittiham edilirlər. Lakin məhkəmədə hər iki bloqer özlərini günahkar hesab etmədiklərini bildiriblər.

Rusiya Cinayət Məcəlləsinə əsasən, keçmiş ər-arvad cütlüyünə 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Ayxan 

Oxşar Xəbərlər