İzmirdəki Yurtoğlu Mahallesində 29 yaşlı Yunus K., evliliyinə qarşı çıxan sevgilisinin anası D.Ş. və 17 yaşlı sevgilisi Ş.Ş.-ni ov tüfəyi ilə vurub.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədə ağır yaralanan ana və qızı xəstəxanaya aparılıb, həyatları təhlükədə olduğu bildirilib.
Hadisə dünən saat 17:30 radələrində baş verib. Yunus K., yanına qohumu H.K.-nı da alaraq, evliliyinə qarşı çıxan sevgilisinin anası D.Ş. və sevgilisi Ş.Ş.-ni ov tüfəyi ilə vurub. Ağır yaralanan ana və qız sağlamlıq əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Yaralıların həyat təhlükəsinin olduğu bildirilərkən, İzmir Polis İdarəsi Cinayət Bürosu, Cinayət Analiz Bürosu və Kəşfiyyat Şöbəsi hadisə ilə bağlı araşdırma aparıb. Edilən araşdırmalar nəticəsində şübhəlilərin Karabağlar bölgəsindəki meşəyə qaçdıqları müəyyən edilib.
Yunus K. və qohumu H.K., keçirilən əməliyyatla yaxalanıb və saxlanılıb. Hadisədə istifadə olunan ov tüfəyi də ələ keçirilib. Polisdəki istintaqdan sonra, bugünkü gün şübhəlilər məhkəməyə göndərilib və həbs edilib.
Ayxan