Britaniya baş naziri Kir Starmer, milyarder İlon Maskın hökumətə qarşı etdiyi tənqidlərin sadəcə "səs-küy" olduğunu bildirib.
32gun.az xəbər verir ki, Financial Times-a verdiyi müsahibədə baş nazir, ABŞ ilə olan əlaqələrinin, eləcə də seçilmiş prezident Donald Trampla olan münasibətlərinin özünün prioritet olduğunu qeyd edib və Maskın onun üçün əhəmiyyətli olmadığını vurğulayıb.
" Mənim üçün ABŞ ilə olan münasibətlərim və seçilmiş prezident Trump ilə olan əlaqələrim daha önəmlidir. Təcrübəm göstərir ki, əhəmiyyətli olan şeylərə fokuslanmaq lazımdır. Səs-küyə fikir verməyin," - deyə o müsahibəsində bildirib.
Əvvəllər Financial Times, İlon Maskın ətrafı ilə Kir Starmerin vəzifəsindən kənarlaşdırılmasını müzakirə etdiyini xəbər vermişdi. Milyarder, Starmerin 2029-cu ilədək növbəti Britaniya seçkilərinə qədər vəzifəsindən ayrılmasını istəyir və alternativ partiyalar, məsələn "Böyük Britaniyanın islahatları" kimi partiyalardan dəstək tapmağa çalışır.
Ayxan