Kaliforniyada baş verən dağıdıcı yanğından sonra Altadena şəhərində bir ailənin 45 kiloqramlıq ev tısbağası Roki sağ tapılıb.
32gun.az ABC News-a istinadən xəbər verir ki, ailə sevimli heyvanlarını yenidən tapdıqları üçün böyük sevinc və rahatlıq hissi keçirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şerif köməkçisinin tısbağanı təhlükəsiz yerə aparması əks olunub. Tısbağanın sahibləri bildirib ki, Rokinı axtarmaq üçün dəfələrlə əraziyə qayıtmaq istəsələr də, qaz sızması təhlükəsi səbəbindən bu mümkün olmayıb.
Xilasedicilərin sözlərinə görə, Roki yanğından qorunmaq üçün qazdığı yuvada tapılıb və bu davranışı onun həyatını xilas edib.
Ayxan