DÜNYA ÖZ XƏBƏR

Nazirlik açıqladı: Kartalkayada yanğından zərərçəkənlərə psixoloji dəstək

Kartalkayada baş verən yanğın: Nazirlik 155 nəfərə psixososial dəstək göstərib

Bolunun Kartalkaya bölgəsində bir oteldə baş verən yanğından sonra 42 nəfərdən ibarət 13 psixososial dəstək qrupu hadisə yerinə və xəstəxanalara yönləndirilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktəş açıqlama verib.

Nazir Göktəş yazılı açıqlamasında yanğının hər kəsi dərindən sarsıtdığını bildirib, həlak olanlara Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyib.

“Bakanlığımıza bağlı 42 nəfərdən ibarət psixososial dəstək qruplarımızı zərərçəkmiş vətəndaşlara yardım etmək, onların ehtiyaclarını müəyyənləşdirmək üçün bölgəyə və xəstəxanalara göndərmişik. İndiyə qədər qruplarımız yanğından təsirlənən 155 nəfərlə görüşüb. Vətəndaşlarımıza dəstək olmaq üçün sahədə işlərimiz davam edir”, – deyə Göktəş vurğulayıb.

Nilay 

Oxşar Xəbərlər