Prezident Ərdoğan: Boludakı yanğın faciəsi ilə bağlı 1 günlük milli yas elan edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boluda baş verən və 66 nəfərin həyatını itirdiyi yanğın faciəsi ilə əlaqədar 1 günlük milli yas elan olunduğunu bildirib.
32gun.az bildirir ki, o bu barədə Nazirlər Kabineti toplantısından sonra verdiyi açıqlamada deyib.
“Bu gün siyasət günü deyil, həmrəylik, birlik və bərabərlik günüdür,” – deyə Ərdoğan vurğulayıb. O, faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyərək, ailələrinə səbir, Türkiyə xalqına isə başsağlığı və keçmiş olsun arzularını çatdırıb.
Prezidentin açıqlamasına əsasən, Türkiyə bu dəhşətli faciənin yaralarını birlikdə sarmağa çalışacaq.
Ayxan