"Qalatasaray"ın sabiq idmançısı və ailəsi Boludakı yanğında həyatını itirdi
"Qalatasaray"ın Akademik Avarçəkmə üzrə Komandasının keçmiş idmançısı Mehmet Cem Doğan, həyat yoldaşı və qızı ilə birlikdə Bolu Kartalkaya Kayak Mərkəzindəki oteldə baş verən yanğında dünyasını dəyişib.
32gun.az bildirir ki, "Sarı-qırmızılı" klub hadisə ilə bağlı açıqlama yayaraq, “Mehmet Cem Doğan, həyat yoldaşı və qızının faciəvi şəkildə həyatını itirməsindən dərin kədər hissi keçiririk. Onlara Allahdan rəhmət, yaxınlarına və camiamıza səbir diləyirik,” – deyə başsağlığı verib.
Hadisə ilə bağlı son məlumatları açıqlayan Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, yanğında həyatını itirənlərin sayının 66-ya yüksəldiyini bildirib. Səhiyyə Naziri Memişoğlu isə 51 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu və 17 nəfərin artıq xəstəxanadan evə buraxıldığını qeyd edib.
Nilay