Donald Tramp 20 yanvar 2025-ci ildə yenidən ABŞ prezidenti vəzifəsinə başlayıb və ölkə tarixində ən yaşlı liderə çevrilib. Andiçmə mərasimi zamanı onun 78 yaş 7 aylıq olduğu bildirilir. Bu, Trampı 2021-ci ildə prezident seçilən və vəzifəyə başladığı zaman 78 yaş 2 aylıq olan Co Baydendən yaşlı edir.
Tramp yaşının heç bir maneə olmadığını vurğulayaraq, müntəzəm olaraq koqnitiv testlərdən keçdiyini və fiziki formasının əla olduğunu qeyd edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentlərinin orta yaşı 56-dır.
"Pew Research Center"in sorğusuna əsasən, amerikalıların 49%-i prezident üçün optimal yaşın 50 olduğunu düşünür, lakin yalnız 3% bu yaş həddinin 70 və daha yuxarı olmasını dəstəkləyir.
Andiçmədən dərhal sonra Tramp ABŞ-ın xarici yardımlarını, o cümlədən Ukraynaya dəstəyi, 90 gün müddətinə dayandıran bir sərəncam imzalayıb. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişənin həlli üçün razılıq əldə etməyə hazır olduğunu bəyan edib.
Ayxan