Qırğızıstanda üç rus mənşəli kəndin adı dəyişdirildi
Qırğızıstan prezidenti Sadır Japarov ölkədə doqquz yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə bağlı qanun imzalayıb. Bu yaşayış məntəqələrindən üçü rus mənşəli adlara malik idi.
32gun.az bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Yeni qanuna əsasən, Manas rayonundakı Novodonetsk kəndi Ayıtmatov, Koçkor rayonundakı Bolşevik kəndi Bayalı İsakeyev, Ak-Su rayonu Tereklyuçenka isə Ak-Suu adlandırılıb.
Bununla yanaşı, Qırğızıstanın baş naziri Aqılbek Japarov bildirib ki, hökumət gələcəkdə də rus dilinin ölkədə qorunub saxlanılmasına diqqət ayıracaq.
Oktyabr ayında Sadır Japarov Rusiya ilə əməkdaşlıqdan imtinanın mümkün olmadığını qeyd edib. Rusiyada keçirilən Qırğızıstan Mədəniyyət Günlərinin açılışında çıxış edərkən prezident vurğulayıb ki, Rusiya və Qırğızıstan xalqları hər zaman qarşılıqlı əlaqəyə açıq olublar və iki ölkə arasında çoxəsrlik münasibətlər mövcuddur.
Ayxan