DÜNYA ÖZ XƏBƏR

Qazaxıstanda rusları təhqir edən mahnı ilə bağlı araşdırma başlayıb

Almatıda bloger-satirik Temirlan Yensebeyə qarşı mahnının millətlərarası ədavəti qızışdırma əlamətləri daşıdığına görə istintaq başladılıb. Mahnını ictimaiyyətə təqdim edən şəxs və müəlliflər axtarışdadır. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polis departamenti məlumat yayıb.

Polisin mətbuat xidməti bildirib ki, işin açılması blogerin satirik paylaşımları ilə əlaqəli deyil. Əsas səbəb dərc olunan materialda müəyyən etnik qrup nümayəndələrinin açıq şəkildə təhqir edilməsidir. Hazırda istintaq mahnının müəlliflərini müəyyənləşdirir.

Bununla yanaşı, polis qeyd edib ki, belə hərəkətlər ölkənin əsas prinsiplərindən olan millətlərarası razılığa təhlükə yaradır. Bu cür hallara görə Qazaxıstan Cinayət Məcəlləsinin 174-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulub.

Həmçinin, bir neçə vətəndaş blogerin müdafiəsi üçün icazəsiz təkadamlıq piketlər keçirib. Onlar inzibati məsuliyyətə cəlb olunublar.

Dekabrın sonunda isə Qazaxıstan polisi Astana şəhərində quldurluq və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar axtarışda olan iki Rusiya vətəndaşını saxlayıb.

Nilay 

Oxşar Xəbərlər