DÜNYA ÖZ XƏBƏR

Futbol matçından sonra bıçaqlı dava: 1 ölü, 1 yaralı

Vanda gənclər arasında keçirilən futbol matçından sonra yaranan mübahisə bıçaqlı davaya çevrilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Məlumata görə, iki gənc qrup arasında futbol matçının ardından naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə getdikcə böyüyərək bıçaqlı davaya çevrilib. Nəticədə Ö.U. adlı şəxs dünyasını dəyişib, digər yaralı şəxs isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaq başlanılıb.

Nilay

Oxşar Xəbərlər