Kiyevin Dnepr çayının sol sahilində partlayışlar baş verib. Hadisənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqəli olduğu güman edilir.
32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtla yanaşı, Dnepropetrovsk, Kiyev, Poltava, Sumı, Xarkov və Çerniqov bölgələrində də hava həyəcanı elan edilib.
Donetsk Xalq Respublikasının Ukrayna nəzarətində olan Slavyansk şəhərində də partlayışlar baş verib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye obyektlərinə zərbələr endirib. "Luç" konstruktor bürosu yüksək dəqiqlikli silahlarla hədəfə alınıb. Bu zərbələr Belqorod vilayətində mülki obyektlərin raket atəşinə tutulmasına cavab olaraq həyata keçirilib.
2022-ci ilin oktyabrından etibarən Ukraynanın enerji, müdafiə və rabitə infrastrukturu Rusiya tərəfindən hədəfə alınır. Hava hücumu siqnalları ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq elan edilir.
Nilay