DÜNYA ÖZ XƏBƏR

Rekord sürətli küləklər kəşf edilib

Avropa Cənub Rəsədxanasının astronomları qaz nəhəngi WASP-127b-nin ekvatorunda rekord güclü küləklər aşkar ediblər.

32gun.az bildirir ki, bu küləklərin sürəti saniyədə 9 km-ə (saatda təxminən 33 min km) çatır.

Tədqiqatçılar WASP-127b-nin müşahidəsi üçün Çilidə yerləşən böyük teleskopdan istifadə ediblər. Göttingen Universitetindən olan alim Liza Nortmann bildirib ki, bu, indiyə qədər ölçülən ən sürətli küləkdir və planetin öz fırlanma sürətini təxminən 6 dəfə üstələyir.

Bundan əvvəlki rekord Neptuna məxsus idi. Orada küləklərin sürəti saniyədə 0,5 km və ya saatda 1,8 min km idi.

2016-cı ildə kəşf edilən WASP-127b Yerdən 500 işıq ili məsafədə yerləşir. Bu nəhəng qaz planetinin ölçüsü Yupiterdən böyük olsa da, sıxlığı ondan çox aşağıdır.

Bundan əlavə, alimlər yaxın zamanda erkən Kainatda Süd Yolu qalaktikasına bənzəyən yeni bir qalaktika – "Çjulong"u kəşf ediblər.

Nilay 

Oxşar Xəbərlər