Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Boluda baş verən yanğında 14 üzvünü itirən Gültekin ailəsinin dəfn mərasimində iştirak edib.
"32gun.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Uzun illərdir bir ailə kimi dostuq. Canımız, ürəyimiz yandı. Mehmet bəy mənim deputat dostum olub, parlamentdə xidmət etmişik. Bu gün borcumuzu yerinə yetirmək üçün buradayıq. Bütün ailəsinə və millətimizə səbr diləyirəm", - deyə Ərdoğan qısa çıxış edib.
Qeyd edilib ki, yanğında 14 ailə üzvü ilə bərabər həyatını itirən Zehra Sena Gültekin AK Partiyanın 22-ci Dönəmdə Boludan seçilmiş millət vəkili Mehmet Günerin qızı olub.
Ümumilikdə isə Kartalkaya xizək kurortunda "Grand Kartal" hotelində baş verən yanğında 76 nəfər ölüb, 51 nəfər isə yaralanıb. Türkiyəni yaslara qərq edən fəlakətdə həyatını itirənlər son səfərə yola salınır. Yanğında 14 üzvünü itirən Gültəkin ailəsinin dəfn mərasiminə prezident Ərdoğan və
Qeyd edək ki, Zehra Sena Gültekin yanğında əri, 3 uşağı və yaxınları ilə birlikdə vəfat edib.
***14:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Boluya səfər edərək, Kartalkaya kurortunda baş verən yanğında həyatını itirənlərin cənazə namazında iştirak edəcək.
32gun.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Xatırladaq ki, Kartalkaya xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən yanğın təxminən 10 saatlıq müdaxilədən sonra söndürülüb. Hadisə nəticəsində 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.
Fəlakətlə bağlı araşdırma çərçivəsində otelin sahibi də daxil olmaqla 9 nəfər həbs edilib.
Prezident Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində, yanğın səbəbilə ölkədə bir günlük matəm elan edildiyini bəyan edib.
Ayxan