DÜNYA ÖZ XƏBƏR

Haker hücumu odənişli parkinqləri pulsuz etdi

Krasnodarda "SvazResurs-Kuban" şirkətinin infrastrukturuna edilən haker hücumu ödənişli parkinq sisteminin sıradan çıxmasına səbəb olub.

32gun.az bildirir ki, bu barədə Kuban 24 nəşri məlumat yayıb.

Şəhərin Nəqliyyat və Yol Təsərrüfatı Departamentinin Telegram kanalında bildirilir ki, DDoS hücumu nəticəsində parkinq ödənişi sistemi işləmir. Şlaqbaumlu parkinqlər müvəqqəti olaraq pulsuz fəaliyyət göstərəcək. Şlaqbaumsuz parkinqlərdə isə ödəniş sistemi adi rejimdə davam edir.

"Hazırda operatorun infrastrukturu kənar haker hücumu səbəbindən işləmir. Buna görə də şlaqbaumlu parkinqlərin müvəqqəti olaraq pulsuz olması qərarı alınıb," – deyə departamentin açıqlamasında qeyd edilib.

DDoS hücumu (Distributed Denial of Service) — şirkətlərin sistemlərini yükləyərək sıradan çıxarmaq üçün çoxsaylı sorğuların göndərildiyi onlayn hücum növüdür. Bu hücumlar sistemin təhlükəsizlik boşluqlarını hədəfə alır.

Ayxan 

Oxşar Xəbərlər