DÜNYA ÖZ XƏBƏR

Ana qızı ilə əlbir olub həbsdən çıxan oğlunu zəhərlədi

Rusiyanın Yamal bölgəsində ana  qız ilə əlbir olub  oğlunu zəhərləməklyə cəhd etdiyi üçün   9 il həbs cəzası alıb.

32gun.az xəbər verir ki, hadisə haqqında Mash məlumat yayıb.

Bir neçə il əvvəl həbsxanadan çıxaraq evinə qayıdan kişi yaxınlarını terror etməyə başlayıb. Onun anası Janna və bacısı Kristina vəziyyəti nəzarət altına almağa çalışsalar da, kişinin aqressiyası dayanmır. Çarəsiz qalan qadınlar ondan xilas olmaq qərarına gəlir. Onlar kişiyə alkoqola müxtəlif dərman preparatları qarışdıraraq içirir və o yatarkən zəhərli qarışığı zorla ağzına tökürlər. Nəticədə kişi xəstəxanaya yerləşdirilir, lakin o zaman həkimlər heç bir şübhə etmirlər.

Qadınlar bu cəhdlərindən əl çəkməyərək qurbanın içki yoldaşını da planlarına cəlb edir və ona zəhərli spirtli içki təqdim etməyi tapşırırlar. Kişi zəhərli içkini qəbul etdikdən sonra yenidən xəstəxanaya yerləşdirilir. Bu dəfə həkimlər analiz nəticələrindən şübhələnir və hüquq-mühafizə orqanları məsələyə müdaxilə edir.

Nəticədə ana, qız və onların cinayət yoldaşı hər biri 9 il həbs cəzasına məhkum edilir.

Nilay

Oxşar Xəbərlər