DÜNYA ÖZ XƏBƏR

Kişi keçmiş həyat yoldaşının sevgilisinə hücum edib

Sankt-Peterburqda polis əməkdaşları Leninqrad vilayətində yaşayan 35 yaşlı kişini həbs edib. O, keçmiş həyat yoldaşının yeni sevgilisinə qısqanclıq səbəbindən hücum edərək onu ağır yaralayıb.

32gun.az bildirir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

Hadisə yanvarın 18-də baş verib. Bəseda qəsəbəsində yaşayan şəxs keçmiş həyat yoldaşının sevgilisinə yumruq zərbələri endirib. 34 yaşlı zərərçəkən Sankt-Peterburqun Kirov rayonunda ağır xəsarətlər alıb.

Hücum edən şəxs hadisədən dörd gün sonra saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Ona qarşı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.

Ayxan 

Oxşar Xəbərlər