Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts 22 yanvar tarixində Parisdə görüşərək Avropa İttifaqı üçün yeni strategiyanı müzakirə edəcəklər. Görüşün əsas mövzusu ABŞ Prezidenti Donald Trampın siyasəti olacaq.
32gun.az bildirir ki, bu barədə Bloomberg mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, liderlər ABŞ-ın Avropa ixracatına gömrük rüsumları tətbiq edəcəyi halda, sürətli tədbirlər hazırlamaq və birgə güc nümayiş etdirmək niyyətindədirlər.
Makron və Şoltsun, Vaşinqtonun yeni administrasiyası ilə münasibətlərdə vahid mövqedən çıxış etmək planlaşdırıldığı bildirilir.
22 yanvarda Olaf Şolts Donald Trampı Avropa üçün “çağırış” adlandırıb. O, ABŞ və Avropa arasında uzunmüddətli tərəfdaşlıq və dostluq əlaqələrinin mövcudluğunu vurğulasa da, yeni administrasiyanın qərarlarının diqqətlə təhlil ediləcəyini qeyd edib.
Ayxan