DÜNYA ÖZ XƏBƏR

Moldova rəsmi olaraq Eurovision 2025-də iştirakdan imtina etdi

Moldova 1 bu il “Avroviziya”da iştirak etməyəcək.

32gun.az bildirir ki, Moldova 1 telekanalının direktoru Korneliu Durnesku bəyan edib ki, Kişinyov bu il “Avroviziya” mahnı müsabiqəsində iştirakdan imtina edib.

“Qərar çətin olsa da, mövcud şəraitdə zəruri idi. Bu ilin milli seçimi bir sıra problemləri, o cümlədən çıxışların keyfiyyətinin və ictimai marağın azalmasını üzə çıxardı,” – deyə Durnesku bildirib.

O, qeyd edib ki, seçim mərhələsinin ciddi şəkildə dəyişdirilməsi vacibdir. Təşkilatçılar daha çox istedadlı ifaçını cəlb etməlidir ki, Kişinyov beynəlxalq arenada layiqli rəqabət apara bilsin.

Bununla belə, Durnesku əlavə edib ki, Moldova telekanalı Avropa musiqi müsabiqəsinin yarımfinal və final mərhələlərini canlı yayımlamağı planlaşdırır.

Nilay 

Oxşar Xəbərlər