DÜNYA ÖZ XƏBƏR

DƏHŞƏTLİ OLAY! İntihar edərkən anasını güllələyib

Mardinin Derik rayonu Cevizpınar Mahalləsində intihara cəhd edən 33 yaşlı H.P., anası 64 yaşlı N.P.-ni təsadüfən vurub, sonra silahla özünü yaralayıb.

32gun.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hadisə, H.P.-nin hələ bilinməyən bir səbəbdən silahla intihara cəhd etməsi ilə başlayıb. Anası N.P. oğlunun silahı başına doğru tutduğunu görəndə müdaxilə etməyə çalışıb, amma silahın atəş alması ilə N.P. qolundan yaralanıb. Daha sonra H.P. silahı bu dəfə öz sinəsinə tutaraq atəş açıb.

Silah səslərini eşidən qonşuların xəbər verməsi ilə dərhal tibbi və polis qüvvələri hadisə yerinə gəlib. Ancaq N.P. və H.P. ilk müdaxilədən sonra xəstəxanaya aparılıb. Ananın həyatı təhlükə altında olmadan müalicəsi başlanıb, lakin H.P.-nin həyati təhlükəsi olduğu bildirilib və o, Kızıltepe Dövlət Xəstəxanasına göndərilib. Hadisə ilə bağlı araşdırma başlanıb.

Ayxan 

Oxşar Xəbərlər