Donald Tramp Co Baydenin məktubunu paylaşıb.
32gun.az bildirir ki ABŞ-ın keçmiş prezidenti Co Baydenin Donald Trampa ünvanladığı məktubun məzmunu Fox News telekanalının efirində səsləndirilib. Bayden, Ağ Evin tarixin fırtınaları zamanı sabitlik rəmzi olduğunu qeyd edib və Trampa dinc prezidentlik arzulayıb.
“Mən dua edirəm ki, qarşıdakı dörd il millətimiz üçün rifah, sülh və mərhəmət dövrü olsun. Qoy Tanrı sizə xeyir-dua versin və sizi doğru yolda yönləndirsin,” – məktubda deyilir.
Donald Tramp məktubun onu bir qədər ilhamlandırdığını bildirib. O, bu məktubu alicənab və xoş bir jest kimi qiymətləndirərək, məzmununun ictimaiyyətlə paylaşılmasının səbəbini bu cür ifadə edib.
Ayxan