DÜNYA ÖZ XƏBƏR

Dostunu müdafiə edərkən 41 yaşlı qadını beysbol dəyənəyi ilə döydü

Saratov sakini qonşusunu müdafiə edərkən cinayət məsuliyyətinə cəlb edilib

Saratov vilayətinin Dubki kəndində baş verən hadisə zamanı 34 yaşlı bir şəxs, içki içən qonşusunu müdafiə etmək məqsədilə qadına hücum edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin Daxili İşlər İdarəsi məlumat yayıb.

Məlumata görə, şəxs uzun müddətdir içki içməyən qonşusunun tanış qadınla spirtli içki qəbul etdiyini öyrənərək əsəbiləşib. Qadının davranışından narazı qalan şəxs beysbol dəyənəyi ilə qonşusunun evinə gedərək 41 yaşlı qadına bir neçə zərbə endirib.

Zərərçəkmiş xəstəxanaya müraciət edib və onda bir neçə qabırğa sınığı aşkarlanıb. Hadisə ilə bağlı cinayət işi açılıb. Hücum edən şəxs saxlanılıb və üç ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər.

Ayxan 

Oxşar Xəbərlər