DÜNYA ÖZ XƏBƏR

Kolumbiyada 8 tondan çox kokain müsadirə edilib

Kolumbiya tarixində ən iri narkotik qaçaqmalçılıqlarından biri ölkənin Buenaventura limanında aşkar edilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yanvarın 22-də Latın Amerikası Respublikasının prezidenti Qustavo Petro məlumat verib.

“Milli polis Buenaventura limanında 8,2 ton kokain müsadirə edib. Bu, Kolumbiya tarixində ən böyük kokain müsadirələrindən biridir. Bu ay ərzində polis ümumilikdə 24 ton narkotik maddə müsadirə edib,” – deyə prezident X (əvvəlki Twitter) platformasında bildirib.

Prezidentin paylaşdığı kadrlarda kokain dolu paketlərin torpaq kisələrinə gizlədildiyi görünür. Hüquq-mühafizə orqanları narkotiklərin saxlandığı yeri xidməti itlərlə aşkar ediblər.

El Tiempo qəzetinin məlumatına görə, 2024-cü ildə Kolumbiyada 848,5 ton kokain müsadirə olunub ki, bu da 2023-cü illə müqayisədə 14% çoxdur. Həmin il narkotik ticarətçilərindən 741,2 ton narkotik maddə müsadirə edilmişdi.

Bundan əvvəl, 2024-cü ilin dekabrın 31-də Petro, Kolumbiyada 5 tondan çox kokainin müsadirə edildiyini bildirmişdi. Narkotik maddələr banan qutularında göy soğana gizlədilmiş vəziyyətdə, Akapulkoya yaxın açıq sularda Panama gəmisində aşkar edilmişdi.

Ayxan 

Oxşar Xəbərlər