Krasnodar bölgəsindəki 94 nömrəli orta məktəbdə ötən ilin dekabrın 6-da baş verən hadisə ilə əlaqədar maraqlı məqamlar üzə çıxıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, məktəbin dəhlizində şagirdlər arasında yaranan mübahisə zamanı yeniyetmələrdən biri bıçaq çıxararaq həmyaşıdının ayağına zərbə endirib. Hadisə zamanı digər şagirdlər də xəsarət alıb.
Rusiya DİN-in Krasnodar bölgəsi üzrə mətbuat xidmətindən verilən məlumata görə, hadisədən sonra yeniyetmə saxlanılaraq yetkinlik yaşına çatmayanların müvəqqəti saxlanma yerinə göndərilib. Araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxsin valideynləri Ermənistan vətəndaşıdır və qanunsuz olaraq Rusiyada yaşayır. Məhkəmənin qərarı ilə ailə deportasiya edilib və Mineralnıye Vodı şəhərinin sərhəd nəzarət məntəqəsindən təyyarə ilə Ermənistana göndərilib.
Məhkəmə həmçinin yeniyetməni "silah tətbiqi ilə xuliqanlıq" maddəsi üzrə təqsirli bilib və ona 30 min rubl məbləğində cərimə tətbiq edib.
Hazırda məktəbin əməkdaşlarının səhlənkarlığı ilə bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar əlavə araşdırmalar davam edir.
Ayxan