MƏDƏNİYYƏT - ŞOU

Aysundan ayrılması ilə bağlı açıqlama - FOTO

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyev ayrılır. 

"32gun.az" xəbər verir kİ, sözügedən məsələyə Aysun da sosial şəbəkədə məlumat verib. 

"Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım, hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq" sözlərini qeyd edib.

Qeyd edək ki, Aysun və Ramil cütlüyünün bir övladı var.

***

Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşı ilə qarşılıqlı boşanmağa qərar veriblər.

"32gun.az" "Lent.az"a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı razılıq əldə olunub. 

Müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyev faktı təsdiqləyib: "Bəli xəbər doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdı. Artıq hər ikimiz nikahın pozulması üçün iddia qaldırmaq üçün mediasiyaya müraciət etmişik". 

Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.

Oxşar Xəbərlər