Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa ordusuna geri çəkilmə manevrlərini Berezina çayı ətrafında öyrənməyi tövsiyə edib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu açıqlama Fransa ordusunun Ukrayna paytaxtının şimalında, Dnepr çayının döngəsinə bənzər topoqrafiyaya malik ərazilərdə keçirdiyi təlimlərlə bağlı məlumatlara cavab olaraq verilib.
"Biz tərəfdən gələcək bu cür manevrlər üçün Berezina çayına bənzər bir su maneəsini seçməyi tövsiyə edə bilərik. Niyə də yox? Geri çəkilmə bacarıqlarını təkmilləşdirmək üçün həmin çay və onun landşaftı, bərpa edilsə, kifayət qədər uyğun ola bilər," – deyə Zaxarova bildirib.
Qeyd edək ki, 1812-ci ilin noyabrında Berezina çayında rus və fransız qoşunları arasında baş verən döyüş Napoleonun geri çəkilməsi dövründə əsas hadisələrdən biri olub.
Ayxan