DÜNYA ÖZ XƏBƏR

Britaniya fırtına üçün "qırmızı həyəcan" elan edib

Böyük Britaniyada hava şəraiti ilə bağlı "qırmızı" səviyyəli təhlükə elan olunub. 

32gun.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Məlumata görə, sinoptiklər partlayıcı siklogenez – hava təzyiqinin kəskin enməsi nəticəsində yaranan təbii hadisə ehtimalını istisna etmirlər. Bu proses bir neçə tornadonun yaranmasına səbəb ola bilər.

Meteoroloqlar Şimali İrlandiya və Şotlandiyanın bəzi hissələrinə "çox güclü" küləklərin təsir edəcəyini xəbərdarlıq ediblər. Küləyin sürətinin saatda 90 milə (100 kilometrdən çox) çatacağı, yağış və qar gətirəcəyi gözlənilir.

Yer sakinlərinə təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub. Məktəblərə bağlanmaq, sürücülərə isə səyahətlərdən çəkinmək məsləhət görülüb.

Qeyd edək ki, yanvarın 6-da Vaşinqtonda da qar səbəbindən fövqəladə vəziyyət rejimi elan edilmişdi. Avtomobil sahiblərinə avtomobillərini təcili xidmətlərin keçidinə mane olmamaq üçün yenidən park etmələri tapşırılmışdı. Bu zaman sakinlər ərzaq məhsulları, kağız dəsmallar və tualet kağızlarını kütləvi şəkildə almağa başlamışdılar.

Ayxan 

Oxşar Xəbərlər