Aktor Vyaçeslav Yuqov onkoloji xəstəlikdən vəfat edib.
Tanınmış aktyor Vyaçeslav Yuqov uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparsa da, karyerasını davam etdirirdi.
32gun.az bildirir ki, bu barədə SHOT telegram kanalı məlumat yayıb.
Məlumata görə, aktyor Yeni İl ərəfəsində dünyasını dəyişsə də, onun vəfat xəbəri yalnız bu günlərdə yayılıb.
55 yaşlı Yuqovun vəziyyəti son filmi "Кончится лето" (Yay bitəcək) çəkilişləri zamanı kəskin pisləşib. Film Yuri Borisovla birlikdə çəkilib, Borisov bu yaxınlarda "Oskar" mükafatına namizəd göstərilib. Çəkiliş meydançasında dəfələrlə halı pisləşsə də, Vyaçeslav son ana qədər filmin tamamlanması üçün çalışıb. Film fevralın sonunda prokata buraxılacaq.
Vyaçeslav Yuqov Yakutsk şəhərində anadan olub. O, həmçinin "Рядовой Чээрин" (Əsgər Çeçerin) və "Не хороните меня без Ивана" (Məni İvansız dəfn etməyin) filmlərində də rol alıb.
Ailəsinin məlumatına görə, aktyor evində, yaxınlarının əhatəsində dünyasını dəyişib. Onun həyat yoldaşı və 17 yaşlı birinci kurs tələbəsi oğlu qalıb.
Nilay